RU

“Qarabağ” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun son matçı “Qarabağ”la “Araz-Naxçıvan” arasında keçirilib.

Ağdam təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib. Daha öncə “Sabah” “Şamaxı”ya 3:1, “Kəpəz” “Sumqayıt”a 1:0 hesabıyla qalib gəlibsə, “Səbail” “Zirə”yə (0:1), “Turan Tovuz” “Neftçi”yə (1:2) uduzub.

Misli Premyer Liqası

34-cü tur

11 may

“Qarabağ” – “Araz-Naxçıvan” 2:0

Qollar: Musa Qurbanlı, 35. Aleksey Kaşuk, 59.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

VAR: Rauf Cabbarov.

“Azərsun Arena”, 20:00.






Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
0
38
bizim.media

10Источники