Növbəti mövsümün planlarını indidən quran “Şamaxı” artıq transfer çalışmalarına start verib.
Bizim.Media xəbər verir ki, komandanın maraq göstərdiyi oyunçular arasında “Neftçi”nin üzvləri də var.
Bölgə klubu “ağ-qaralar”ın hücummçusu Ağadadaş Salyanski və yarımmüdafiəçi Murad Məmmədovu transfer etmək istəyir. “Şamaxı” bu iki futbolçunu icarəyə götürmək üçün “ağ-qaralar”a müraciət edib.
Bakı klubu isə bu məsələyə yayda baxa biləcəkləri cavabını verib.
Bizim.Media