Bu il uğursuz çıxış edərək Avrokuboklara belə qatıla bilməyən “Neftçi”də ciddi islahatlar olacaq.
Bizim.Media xəbər verir ki, artıq rəhbərlik baş məşqçi Samir Abbasovun təqdimatı ilə ilə bir sıra futbolçuları göndərməyi düşünür.
Burada hələ ki, 4 oyunçunun adı çəkilir. Bunlar Ramil Şeydayev, Yeqor Boqomolski, Azər Əliyev və Alfa Kontedir. Bu oyunçulardan Boqomolski və Əliyevlə başa çatacaq müqavilələr yenilənməyəcək. Konte və Ramil Şeydayevlə müqavilələrin qarşılıqlı razılaşma əsasında ləğv etmək üçün isə danışıqlar davam etdirilir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta