“Real”ın futbolçusu Lukas Vaskesin taleyinə aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, 33 yaşlı müdafiəçi mövsümün sonunda İspaniya nəhəngini tərk edəcək.
O, Madrid klubundan azad agent kimi ayrılacaq. Lukasın klublararası dünya çempionatında da “Real” forması geyinəcəyi gözlənilir.
Lukasla bağlı qərara Trent Aleksander-Arnoldun keçidinin də təsiri olub.
Qeyd edək ki, müdafiəçi 2007-ci ildən “Real”dadır. O, əsas komandada 398 oyun keçirib, 21 mükafat, o cümlədən 5 dəfə Çempionlar Liqasını qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media