AZ

“Səbail”in legioneri Azərbaycanda QALACAQ

“Səbail”in futbolçusu Gitay Sofier yeni mövsümə də Azərbaycanda başlaya bilər.

Bizim.Media xəbər verir ki, israilli futbolçunun komandası Premyer Liqanı tərk etsə də, ona digər klublarımızdan təkliflər var.

25 yaşlı futbolçu paytaxt təmsilçilərinin maraq dairəsindədir. Sofir mövsümün əvvəlində “Səbail”ə keçib və gələn ayın sonunda klubla müqaviləsi başa çatacaq.

Gitay “Hapoel Akre”, “Makkabi Zur Şalom” klublarında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
38
bizim.media

10Mənbələr