AZ

“Şamaxı”nın üzvü “Zirə” ilə ANLAŞDI

“Şamaxı”dan ayılan hücumçu Brahim Konate “Zirə” ilə anlaşıb.

Bizim.Media xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı «Şamaxı»dan ayrılan yarımmüdafiəçi ilə 2 illik kontrakt imzalayıb Azərbaycanda keçirdiyi debüt mövsümündə 9 qol vuran fransalı legionerə «Neftçi» də dəvət göndərmişdi. «Ağ-qaralar» ona illik 150 min dollar təklif etmişdi.
 

Fəqət, Konate bundan daha şərtlərlə «Zirə»nin yolunu tutub. Qəsəbə təmsilçisinin avrokuboklarda iştirakı fransızın seçiminə birbaşa təsir göstərib. 1996-cı il təvəllüdlü mərkəz yarımmüdafiəçisi son olaraq İsraildə çıxış edib. O, «Hapoel Afula»nın formasını geyinib.


28 yaşlı fransız yerli “Oser”in yetirməsidir. Fransanın U-20 millisində 6 matç keçirib. Ölkəsində “Kamois Niortays”sın da şərəfini qoruyub. Daha sonra İspaniyada “Fuenlabrada” və “Rayo Majadahonda”nın uğurları üçün tər töküb. 2023-cü ilin əvvəlində Litvada “Kauno Jalqris”a üz tutub, 6 ay sonra isə İsrailə yollanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
38
bizim.media

10Mənbələr