"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller gələcəklə bağlı planlarını şərh edib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sport" alman futbolçunun dediklərini belə çatdırıb:
"Düşünürəm ki, yaxın bir neçə həftə ərzində biz daha çox məlumat əldə edəcəyik. Klublararası dünya çempionatı hələ qarşıdadır. Təbii ki, ABŞ variantını nəzərdən keçirirəm. Təkliflərə açığam"
Bundan əvvəl Müllerin cari mövsümün sonunda "Bavariya"dan ayrılacağı məlum olub.