“Bavariya”dan ayrılacağı açıqlanan Tomas Müller karyerasını ABŞ-də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, MLS təmsilçisi “Los Anceles” 35 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Müller hələ qərarını verməyib.
“Bavariya”nın yetirməsi olan hücumçu klubda 25 il keçirib. O, son mövsümdə 43 oyunda 6 qol vurub, 6 məhsuldar ötürmə edib.