AZ

Müller MLS-də oynaya bilər

“Bavariya”nın hücumçusu Tomas Müller karyerasını MLS-də davam etdirə bilər.

Msport.az xəbər verir ki, almaniyalı forvard “Los-Anceles”dən və bir neçə Avropa klubundan alıb.

34 yaşlı forvard yekun qərarını mövsümün sonunda verəcək.

Müller cari mövsümün sonunda Münhen klubundan ayrılacağını açıqlayıb.

Qeyd edək ki, futbolçu 2007-ci ildən “Bavariya”nın əsas komandasında çıxış edir. O, 13 dəfə Almaniya çempionluğunu, 6 dəfə ölkə kubokunu, 8 dəfə Almaniya Superkubokunu, həmçinin iki dəfə Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.

Seçilən
0
18
msport.az

10Mənbələr