“Bavariya”nın təcrübəli yarımmüdafiəçisi Tomas Müller karyerasını MLS-də davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, yay aylarında Münhen klubundan azad agent kimi ayrılması gözlənilən 35 yaşlı futbolçunun “Los Anceles”ə keçidi gündəmdədir.
MLS təmsilçisinin alman futbolçuya ciddi maraq göstərdiyi bildirilir.
Müllerlə İtaliya A Seriyasının bir neçə klubu da yaxından maraqlanır. Lakin təcrübəli oyunçu hələlik karyerasını hansı komandada davam etdirəcəyinə dair yekun qərar verməyib.
Xatırladaq ki, bu mövsüm Tomas Müller Münhen komandasının heyətində Almaniya çempionatında 29 oyun keçirib, bu oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.