AZ

Tomas Müller karyerasını MLS-də davam etdirə bilər

"Bavariya"nın hücumçusu Tomas Müller MLS klublarından birinin marağına səbəb olub.

Operativ Media bu haqda insayder Nikolo Şiraya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, 35 yaşlı almaniyalıya "Los-Anceles"dən və adı açıqlanmayan bir neçə Avropa klubundan təklif var.

Mayın 10-da Müller Münhen klubunun heyətində son ev oyununu keçirib. Aprel ayında o, 2024/25 mövsümünün sonunda komandadan ayrılacağını açıqlamışdı.

Futbolçu 2007-ci ildən “Bavariya”nın əsas komandasında çıxış edib. O, 13 dəfə Almaniya çempionluğunu, 6 dəfə Almaniya kubokunu, 8 dəfə Almaniya Superkubokunu, həmçinin iki dəfə Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.

Seçilən
0
18
operativmedia.az

10Mənbələr