AZ

Türkiyə və ABŞ arasında birbaşa danışıqlarla bağlı razılıq əldə edildi

  Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Marko Rubio Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların təmin edilməsi üçün səyləri davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Xəbərdə bildirilir: “Xarici işlər naziri Hakan Fidan mayın 15-də Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Rusiya-Ukrayna müharibəsinin həllində dialoqun prioritet xarakter daşıması və onun danışıqlar yolu ilə başa çatması ilə bağlı fikirlər səsləndirilib”./teleqraf   

Seçilən
0
37
referans.az

10Mənbələr