AZ

Lavrov İstanbuldakı danışıqları "intriqalı" adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqların aparılacağı İstanbuldakə vəziyyətə toxunub.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, gözlənilən Rusiya-Ukrayna təmaslarını şərh etməyib.

“Əlbəttə, indi hamı hazırda İstanbulda baş verən intriqa ilə bağlı Ukraynadan danışır”- deyə, Lavrov bildirib.

Bu gün İstanbulda Rusiya və Ukrayna arasında 2022-ci ilin yazından bəri ilk birbaşa danışıqların keçirilməsi planlaşdırılır. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə görüş günün ikinci yarısına təxirə salınıb. Rusiya nümayəndə heyəti artıq İstanbula gəlib. Ukrayna prezidenti Vladimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Rusiya ilə danışıqlara dair qərar verəcəyini bildirib.

Seçilən
0
37
ikisahil.az

10Mənbələr