AZ

Rusiya-Ukrayna danışıqları sabaha qaldı

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqlar mayın 16-da başlayacaq.

Musavat.com xəbər verir ki, məlumatı Rusiyanın rəsmi xəbər agentliyi olan TASS yayıb.

Agentliyə təşkilatçılara yaxın mənbə danışıqların logistik baxımdan sabaha qaldığını deyib: "Rusiya nümayəndə heyəti bu gün Türkiyə tərəfi ilə görüşə bilər. Logistika ilə bağlı bu gün Ukrayna ilə heç bir danışıqlar aparılmayacağı açıqdır".

Bundan əvvəl danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, Vladimir Putin danışıqlar mövqeyini əvvəlcədən müəyyənləşdirib. Medinskinin sözlərinə görə, Rusiya nümayəndə heyəti danışıqlar aparmaq üçün bütün lazımi səlahiyyətlərə malikdir və konstruktiv yanaşmaya, mümkün həll yolları və təmas nöqtələrinin tapılmasına sadiqdir.

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə TASS-a bildirib ki, ölkənin xarici işlər naziri Hakan Fidan İstanbuldakı Dolmabağça sarayında Medinski və Rusiya nümayəndə heyəti ilə görüşəcək.

Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr