AZ

İstanbul danışıqları axşam saatlarında başlayacaq

"RİA Novosti" xəbər agentliyi Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb ki, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərliyində nümayəndə heyəti artıq İstanbula gedib. Heyətin tərkibində Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargahın Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də var. Danışıqların neçə saat çəkəcəyi hələlik naməlumdur.

Ukraynadan isə Prezident Volodimir Zelenski danışıqlara şəxsən qoşulacaq. Onun Türkiyəyə səfəri çərçivəsində, eyni zamanda, həmkarı Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənilir.
Zelenski Ərdoğanla görüşəcək

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 10-da İkinci Dünya müharibəsində qələbənin 80 illiyi üzrə tədbirlərinin yekununda jurnalistlərə açıqlamasında rəsmi Kiyevə müraciətlə İstanbulda ilkin şərt qoyulmadan birbaşa danışıqlar təklifi irəli sürüb. O diqqətə çatdırıb ki, Türkiyə də mayın 15-də keçirilməsi nəzərdə tutulan bu danışıqların təşkilinə hazırdır.

Eyni zamanda, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq da gözlənilən Rusiya-Ukrayna danışıqlarına qoşulacaqlar. Onların da artıq İstanbul şəhərinə getdikləri diqqətə çatdırılır.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
37
azvision.az

10Mənbələr