BAKI, TurkicWorld
İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının təxirə salınmasından söhbət gedə bilməz.
TurkicWorld xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi mənbələri İstanbulda baş tutacağı gözlənilən Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, hazırda planlaşdırılmış konkret görüş yoxdur və bu səbəbdən təxirə salınma barədə danışmaq doğru deyil. Nazirliyin məlumatına görə, texniki Rusiya nümayəndə heyəti artıq İstanbula çatıb, bəzi ABŞ rəsmiləri də şəhərdədir.
Eyni zamanda, Ukrayna prezidenti Zelenski qısa müddət ərzində Ankarada prezident Ərdoğanla görüşəcək.
Qeyd edək ki, NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı hazırda Antalyada davam edir və Türkiyənin xarici işlər naziri orada iştirak edir.