AZ

"Defence One": Trampın Qətər təyyarəsində uçmaq planı ABŞ-ı təhdid edir

ABŞ prezidenti Donald Trampın Qətərin hədiyyə etdiyi "Boeing 747-8" təyyarəsi ilə uçmaq planı ABŞ-ın milli təhlükəsizliyi üçün ciddi risklər yaradacaq. 

HİT.az xəbər verir ki, vu barədə "Defence One" portalı ABŞ Müdafiə Nazirliyinin keçmiş əməkdaşlarına istinadən yazır.

Mənbə Tramp administrasiyasının çox güman ki, təyyarənin mühafizəsini təmin etmək üçün tələb olunan dəyişikliklərdən imtina edəcəyini irəli sürüb.

Qeyd olunur ki, Amerika prezidenti ona verilən təyyarədən ilin sonuna kimi istifadəyə başlamaq istəyir. Eyni zamanda, nəşrin mənbələri əlavə edib ki, "Boeing 747-8"in dövlət başçısının təyyarəsi üçün tələblərə cavab verən səviyyəyə qədər yenidən təchiz edilməsi bir neçə il çəkəcək və yüz milyonlarla dollar tələb edəcək.

Keçmiş müdafiə rəsmisi təyyarənin minimal modifikasiyalarla istifadəsi ideyasını absurd adlandırıb.

Mayın 12-də Ağ Evin mətbuat katibi Karolin Levitt Qətər hakimiyyətinin "Boeing 747-8" təyyarəsini ABŞ Müdafiə Nazirliyinə təhvil verməyi təklif etdiyini açıqlayıb.

Amerika mətbuatının yazdığına görə, Qətər hökumətinin Trampa təhvil verməyi planlaşdırdığı "Boeing 747-8" təyyarəsi Texas ştatına bir aydan çox əvvəl gəlib.

Samir
 

Seçilən
0
15
hit.az

10Mənbələr