AZ

Tramp Qətərin hədiyyə etdiyi təyyarəni ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verəcək

ABŞ prezidenti Donald Tramp Qətərin ona hədiyyə etməyi planlaşdırdığı Boeing 747-8 təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələrinə veriləcəyini bildirib.

Olaylar.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.

"Boeing 747 mənə yox, Hərbi Hava Qüvvələrinə, ABŞ Müdafiə Nazirliyinə verilir!", - deyə o bildirib.

O qeyd edib ki, bu, ABŞ-nin uzun illər uğurla müdafiə etdiyi bir dövlətin hədiyyəsidir.

"Bu, çox gec çatdırılan yeni Boeing-lərimiz gələnə qədər hökumətimiz tərəfindən müvəqqəti Hərbi Hava Qüvvələri təyyarəsi kimi istifadə ediləcək", - deyə D.Tramp əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
50
olaylar.az

10Mənbələr