AZ

Tramp Qətərdən hədiyyə edilən təyyarəni ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verəcək

ABŞ prezidenti Donald Tramp Qətərin hədiyyə etməyi planlaşdırdığı Boeing 747-8 təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələrinə veriləcəyini açıqlayıb.Vətəninfo.az xəbər verir ki, o, bu barədə özünün Truth sosial platformasında yazıb.

“Boeing 747 mənə yox, ABŞ Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə verilir. Bu, uzun illər uğurla qoruduğumuz Qətərin hədiyyəsidir”, – Tramp yazıb.

O əlavə edib ki, təyyarə ABŞ hökuməti tərəfindən müvəqqəti olaraq prezident təyyarəsi kimi “çatdırılması ləngiyən yeni Boeinqlərimiz gələnə qədər” istifadə olunacaq.

Trampın sözlərinə görə, Amerika hərbçiləri və vergi ödəyiciləri ABŞ-ı “yaxşı iş görən” mükafatlandırmaq istəyən ölkədən pulsuz əldə edə bildikləri halda, təyyarəyə milyonlarla dollar xərcləmələrinin mənası yoxdur.

Bundan əvvəl bir neçə Amerika KİV-i Tramp administrasiyasının Qətər kral ailəsindən prezident təyyarəsi (Air Force One) kimi istifadə etmək üçün hədiyyə olaraq Boeing 747-8 almağı planlaşdırdığını yazmışdı.

Demokratlar təyyarənin hədiyyə kimi qəbul edilməsi ilə bağlı xəbərləri tənqid edərək, bunu “təkcə rüşvət” deyil, həm də “kənar təsir” adlandırıblar.  

Seçilən
0
15
veteninfo.az

10Mənbələr