AZ

Tramp: “Qətərin verdiyi təyyarə şəxsən mənə yox ABŞ-a hədiyyədir” - FOTO

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Qətərin hədiyyə etməyi planlaşdırdığı Boeing-747-8 təyyarəsi şəxsən ona yox, ABŞ Hərbi Hava Qüvvələrinə təhvil veriləcək.

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində yazıb:
 

“Boeing-747 ABŞ Müdafiə Nazirliyinə, Hərbi Hava Qüvvələrinə verilir, şəxsən mənə yox!”, – deyə Tramp qeyd edib.


O, vurğulayıb ki, bu, ABŞ-ın uzun illər uğurla qoruduğu bir dövlətdən gələn hədiyyədir.

“Bu təyyarə hökumətimiz tərəfindən, yeni Boeing-lər çatana qədər, müvəqqəti olaraq Hərbi Hava Qüvvələrinin təyyarəsi kimi istifadə olunacaq. Yeni təyyarələrin tədarükü ciddi gecikmələrlə üzləşib”, – deyə ABŞ Prezidenti əlavə edib.

Trampın fikrincə, ABŞ hərbçiləri və vergi ödəyiciləri üçün, əgər belə bir təyyarəni dost ölkə pulsuz verirsə, ona milyonlarla dollar xərcləməyə ehtiyac yoxdur.

“Bu, ABŞ-ın yaxşı işinə görə verilən təşəkkürdür”, – deyə Tramp bildirib.



Bizim.Media

Seçilən
0
15
bizim.media

10Mənbələr