ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Qətərin hədiyyə edəcəyi lüks Boeing 747-8 təyyarəsindən imtina etməyəcəyini bildirib. Bu barədə CNN xəbər verir. Tramp Qətərin bu hədiyyəsini “töhfə” adlandırıb və ABŞ-ın pulsuz təyyarədən imtina etməyəcəyini bildirib. Onun sözlərinə görə, təzə Qətər təyyarəsi köhnəlmiş Air Force One-ı əvəz etmək üçün lazımdır. "Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Belə bir təklifdən heç vaxt imtina etməzdim. Yəni, mən axmaq deyiləm ki, "Xeyr, biz pulsuz, çox bahalı təyyarəni istəmirik" deyəm. Amma bunun gözəl jest olduğunu düşünürəm", -deyə Tramp bildirib.
Tramp əlavə edibki, “Prezidentlik müddəti bitdikdən sonra təyyarə “birbaşa” onun prezidentlik kitabxanasına keçəcək. "Mən bundan istifadə etməyəcəyəm".Həftəsonu “ABC News” xəbər vermişdi ki, Qətər ABŞ-a dəbdəbəli hədiyyə - daha çox "uçan saray" kimi tanınan Boeing 747-8 təyyarəsi verməyə hazırlaşır. Təyyarə Donald Trampın prezidentliyinin qalan hissəsi üçün yeni Air Force One kimi istifadə edilə bilər.
Surxay Əliyev