EN

Sumqayıtda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib...

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
0
12
poliqon.info

10Sources