AZ

Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO

Sumqayıtda zəncirvari yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ 2104” markalı minik avtomobili, yük avtomobili və bir motosiklet toqquşub. Nəticədə motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Sumqayıtda
Seçilən
0
12
apa.az

10Mənbələr