AZ

Sumqayıtda zəncirvari yol qəzası oldu, xəsarət alanlar var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
12
konkret.az

10Mənbələr