AZ

Sumqayıtda zəncirvari qəza - Xəsarət alanlar var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb.
 
İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
0
12
moderator.az

10Mənbələr