EN

Premyer Liqa: 32-ci turun təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

İlk oyun gününə təsadüf edəcək “Turan Tovuz” – “Şamaxı” görüşünü Kamal Umudlu idarə edəcək.

“Kəpəz” – “Zirə” matçında Əliyar Ağayev baş hakim olacaq. “Səbail” – “Araz-Naxçıvan” görüşü isə Rəşad Əhmədova həvalə edilib.

“Sabah” – “Qarabağ” matçı Tural Qurbanova tapşırılıb. “Sumqayıt”la “Neftçi”nin oyununda isə Fərid Hacıyev söz sahibi olacaq.

Premyer Liqa
32-ci tur

25 aprel

“Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 19:00.

26 aprel

“Kəpəz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu, 19:00.

27 aprel

“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 17:30.

“Sabah” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Masazır Arena”, 20:00.

28 aprel

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabbarov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.

Chosen
152
2
arena.az

9Sources