Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşması “Səbail”lə “Araz-Naxçıvan” arasında keçiriləcək. “Bayıl Arena”da baş tutacaq görüşü Rəşad Əhmədov idarə edəcək.
Çempionluğunu rəsmiləşdirmək istəyən “Qarabağ” isə bu turda “Sabah”ın qonağı olacaq. Masazırda keçiriləcək görüş Tural Qurbanova tapşırılıb.
Qeyd edək ki, “Qarabağ” hazırda 76 xalla vahid liderdir. “Araz-Naxçıvan” 53 xalla 3-cü, “Sabah” 39 xalla 5-ci, “Səbail” isə 20 xalla sonuncudur.
Premyer Liqa
32-ci tur
25 aprel
“Turan Tovuz” – “Şamaxı” 1:1
Qollar: Kauan Martins, 54 – Brahim Konate, 56.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 19:00.
26 aprel
“Kəpəz” – “Zirə” 0:1
Qol: Salifu Suma, 64.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu, 19:00.
27 aprel
“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 17:30.
“Sabah” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Masazır Arena”, 20:00.
28 aprel
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabbarov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.