Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı sınağa çəkəcək. Tovuz şəhər stadionunda baş tutacaq görüşü Kamal Umudlu idarə edəcək.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz” bu oyunda qələbə qazanmaqla ilk dördlükdəki yerini möhkəmləndirməyə çalışacaq. Kurban Berdıyevin komandası hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb. “Şamaxı” isə 34 xalla 7-cidir. Son iki turda qələbə qazanmış Ayxan Abbasovun komandası çətin səfərdən ən azı 1 xalla qayıtmaq arzusundadır.
Bu, Tovuz və Şamaxı təmsilçilərinin Premyer Liqada 8-ci görüşüdür. Əvvəlki 7 oyunda “Turan Tovuz” 4, “Şamaxı” cəmi 1 qələbəyə sevinib, 2 oyunda bərabərlik qeydə alınıb. “Turan Tovuz” bütün oyunlarda bu rəqibinə qol vurub. “Şamaxı” son iki görüşdə uduzub.
Premyer Liqa
32-ci tur
25 aprel
“Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 19:00.
26 aprel
“Kəpəz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu, 19:00.
27 aprel
“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 17:30.
“Sabah” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Masazır Arena”, 20:00.
28 aprel
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabbarov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.