Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında “Sabah” “Şamaxı”nı qəbul edəcək. Masazırda keçiriləcək oyunu Fərid Hacıyev idarə edəcək.
Bu, sözügedən komandaların Premyer Liqadakı 22-ci görüşü olacaq. Əvvəlki 21 oyunda “Sabah” 6, “Şamaxı” 8 qələbə qazanıb, 7 görüşdə bərabərlik qeydə alınıb. “Şamaxı” son iki görüşdə qələbə qazanıb. Son 4 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb.
“Sabah” hazırda 41 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Əyalət təmsilçisi isə 36 xalla 7-cidir.
34-cü turun qalan görüşləri mayın 10-da və 11-də keçiriləcək.
Premyer Liqa
34-cü tur
9 may
“Sabah” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Masazır Arena”, 19:00.
10 may
“Səbail” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Kamal Umudlu.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 17:00.
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu, 19:30.
11 may
“Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.
“Qarabağ”– “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Azərsun Arena”, 20:00.
