Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun növbəti oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutacaq.
“Kəpəz” Tovuzda “Zirə” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda keçiriləcək oyunu Əliyar Ağayev idarə edəcək.
Kifayət qədər uğurlu mövsüm keçirən, hazırda 61 xalla ikinci pillədə qərarlaşmış “Zirə” səfərdə növbəti qələbəsini rəsmiləşdirməyə çalışacaq. Amma elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”in də xal və xallara çox ehtiyacı var. Gəncə təmsilçisi hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb.
Bu, sözügedən komandaların Premyer Liqadakı 24-cü oyunu olacaq. Əvvəlki 23 oyunda “Kəpəz” 3, “Zirə” isə 12 qələbə qazanıb. 8 görüşdə bərabərlik qeydə alınıb. “Kəpəz” son 15 matçda bu rəqibi üzərində qələbə qazanmayıb. 4 oyundur qol buraxmayan “Zirə” son 5 görüşdə qalib gəlib.
Premyer Liqa
32-ci tur
25 aprel
“Turan Tovuz” – “Şamaxı” 1:1
Qollar: Kauan Martins, 54 – Brahim Konate, 56.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 19:00.
26 aprel
“Kəpəz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu, 19:00.
27 aprel
“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 17:30.
“Sabah” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Masazır Arena”, 20:00.
28 aprel
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabbarov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.