Almaniya Ukraynaya 5 milyard avro dəyərində yeni hərbi yardım göstərməyə razılıq verib.
Axar.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Almaniya müdafiə naziri Boris Pistorius və Ukrayna müdafiə naziri Rüstəm Umerov Berlində Ukrayna istehsalı olan uzaqmənzilli silahların maliyyələşdirilməsinə dair saziş imzalayıblar.
Bundan əlavə, Ukrayna ilə Almaniyanın hərbi sənayesi arasında da müqavilə imzalanıb.
Ukrayna Silahlı Qüvvələrinə yeni dəstəyin ümumi məbləği təxminən 5 milyard avro təşkil edəcək. Maliyyə Bundestaq tərəfindən artıq təsdiqlənmiş vəsaitdən ayrılacaq.