AZ

“Neftçi” braziliyalı futbolçunu klubdan GÖNDƏRDİ

"Neftçi" uğursuz mövsümdən sonra daha bir futbolçu ilə vidalaşıb.

Bizim.Media xəbər verir ki, Bakı klubu braziliyalı müdafiəçisi Yuri Matiasla müqaviləni uzatmayıb.

Bunu vətəni Braziliyaya qayıdan 30 yaşlı futbolçunun özü açıqlayıb: "Portuqaliya, İran, Rumıniya və Azərbaycan karyeramdan sonra Braziliyaya qayıtdım. Ailəmlə qısa məzuniyyətdən sonra gələcək karyeramla bağlı qərar verəcəm”.

Qeyd edək ki, 2023-cü ilin yayında “Neftçi”yə keçən Matias Premyer Liqada 58 oyunda 7 qol vurub.

Bizim.Media

Seçilən
0
28
bizim.media

10Mənbələr