“Səbail”in futbolçusu karyerasını “Qəbələ”də davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, yenidən Premyer Liqaya qayıdan bölgə klubu futbolçunu transfer etmək istəyir.
Birinci Liqaya düşən “Səbail”də qalmaq istəməyən futbolçu böyük ehtimalla klubunu dəyişəcək.
Paytaxt təmsilçisi ilə 2026-cı ilə qədər müqaviləsi olan Rüfət Abdullazadənin “Qəbələ”yə icarəyə verilməsi gözlənilir.
Qeyd edək ki, Türkiyənin “Ərzurumspor” klubu da futbolçuya maraq göstərir.
Rəşad Rafiqoğlu, Bizim.Media