AZ

Qara Qarayev: ““Qarabağ” və “Neftçi”dən sonra Naxçıvanda dinclik tapdım” – ÖZƏL

Ölkəmizin ən təcrübəli futbolçularından sayılan Qara Qarayevin karyerasını harada davam etdirəcəyi böyük maraq doğurur. “Qarabağ”ın yetirməsi olan futbolçunun bu klubdan müəmmalı şəkildə ayrılmasından sonra “Neftçi”dəki karyerası da alınmadı. 

Hazırda isə “Araz Naxçıvan”da olan futbolçunun gələcəyi ilə bağlı müəmmalar davam edir. 

Millimizin keçmiş üzvü Bizim.Media-ya açıqlamasında hələ ki, növbəti mövsümlə bağlı qəti qərara gəlmədiyini desə də, Naxçıvan klubunda qalmaq variantının daha real olduğunu bildirib:
 

“Gələcək karyeramla bağlı hələ qəti qərar verməmişəm. Sözün düzü, son bir neçə ildə haqsızlıqlara məruz qaldım. “Qarabağ”dan müəmmalı getməyim, daha sonra “Neftçi”dəki xaotik dövr məni bir az yordu. “Araz Naxçıvan”da bir az dinclik tapdım. Burada yaxşı kollektiv formalaşıb.


Klub rəhbərliyi mənə güvənir və hörmət edir. Onlarla söhbət zamanı dəfələrlə bildiriblər ki, Qara klubun ayrılmaz bir hissəsidir. Ona görə də burada qalmağım daha real görünür. Ancaq hər şey mövsümün sonunda aydınlaşacaq. Yəqin ki, daha bir neçə il oynayıb özümü məşqçilikdə sınamaq istəyirəm”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
28
bizim.media

10Mənbələr