“Türk Hava Yolları” ötən gecə hava limanlarında tətbiq edilən məhdudiyyətlər səbəbindən Moskvaya uçuşları ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyasından məlumat verilib.
“Mayın 26-na keçən gecə Rusiyanın hava limanlarında təyyarələrin enişi və uçuşuna yenidən məhdudiyyətlər tətbiq edilib. Bu da Domodedovo, Vnukovo və Jukovski hava limanlarının cədvəllərində dəyişikliklərə səbəb oldu. Uçuşların 60%-ə qədəri gecikir və ya ləğv edilir. Bu, “Türk Hava Yolları”nın uçuş müntəzəmliyinə də təsir göstərdi”, - məlumatda qeyd olunub.