AZ

Moskvanın hava limanları bağlandı

Moskva vilayətindəki Domodedovo, Vnukovo və Jukovski hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
 
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.
 
"Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin enişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - idarənin açıqlamasında bildirilir.
 
Qeyd olunur ki, təyyarələrin ekipajları, aviadispetçerlər, hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.
Seçilən
0
50
moderator.az

10Mənbələr