Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb...
Poliqon xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında bildirib.
Təyyarələrin qəbulu və buraxılmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanat Moskva vaxtı ilə saat 22:18-də dərc edilib.
Bundan əvvəl Sankt-Peterburqun Pulkovo hava limanı öz Telegram kanalında sərnişinlərə cədvəldə mümkün dəyişikliklərlə bağlı xəbərdarlıq edib.
Onlar izah ediblər ki, paytaxtın hava qovşaqlarında təyyarələrin qəbulu və göndərilməsinə müvəqqəti məhdudiyyətlər səbəbindən Pulkovo reysləri ehtiyat kimi qəbul edir.
Korenyako həmçinin bildirib ki, Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Tədbirlər saat 20:25-də qüvvəyə minib.
Poliqon.info