İvanovo – Cənub hava limanında təyyarələrin qəbulu və buraxılması üzrə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
News24.az xəbər verir ki, bu barədə Rosaviatsiya nümayəndəsi Artyom Korenyako özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, məhdudiyyətlər mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ötən gecə Rusiya bölgələri üzərində 96 Ukrayna pilotsuz uçuş aparatı (PUA) vurulub, onlardan dördü İvanovo vilayəti üzərində məhv edilib.
Xatırladaq ki, Təyyarələrin qəbulu və buraxılması ilə bağlı müvəqqəti məhdudiyyətlər daha əvvəl Moskvanın Domodedovo və Jukovski hava limanlarında da tətbiq olunub.
Məryəm İlhamqızı