Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Axar.az xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 81 saylı ünvanın qarşısında 1982-ci il təvəllüdlü Burlakov Andrey Aleksandroviç idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Asif Alməmməd oğlu Mirzəliyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.