Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, Həsən Əliyev küçəsi 81 saylı ünvanın qarşısında 1982-ci il təvəllüdlü Andrey Burlakov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Mirzəliyev Asif Alməmməd oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaqı aparılır.