AZ

Bakıda avtomobil 58 yaşlı kişini vurdu

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

News24.az xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 81 saylı ünvanın qarşısında 1982-ci il təvəllüdlü Burlakov Andrey Aleksandroviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Mirzəliyev Asif Alməmməd oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. (Report.az)


Seçilən
0
9
news24.az

10Mənbələr