Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 81 saylı ünvanın qarşısında 1982-ci il təvəllüdlü Burlakov Andrey Aleksandroviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Mirzəliyev Asif Alməmməd oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.