AZ

“Mançester Yunayted” klubun tarixi antirekordunu təkrarladı

Avropa Liqasının finalında “Tottenhem”ə 0:1 hesablı məğlubiyyət “Mançester Yunayted” üçün antirekordla əlamətdar olub.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, “qırmızı şeytanlar” mövsüm ərzində məğlubiyyət sayına görə klubun tarixi antirekordunu təkrarlayıblar.

Cari mövsümdə Mançester təmsilçisi 22 dəfə məğlubiyyət acısı yaşayıb. 1973/1974-cü illər mövsümündə də “qırmızı şeytanlar” müvafiq sayda məğlub olmuşdular. Amma o vaxt MY aşağı dəstəyə uçmuşdu.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 18 məğlubiyyət alıb, həmçinin “qırmızı şeytanlar” İngiltərə Super Kubokunun, İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun və Avropa Liqasının hər birində 1 məğlubiyyət yaşayıblar. Əgər ancaq əsas vaxtdakı məğlubiyyətləri nəzərə alsaq, onda MY 20 oyunda məğlub olub, bu da öz növbəsində tarixən 2-ci ən bərbad nəticə, həmçinin XXI əsrin antirekordudur. Bu, onunla əlaqədardır ki, “qırmızı şeytanlar” İngiltərə Super Kubokunda və İngiltərə Kubokunun 5-ci dövrəsində oyunsonrası penaltilər silsiləsində məğlub olublar. Müvafiq olaraq əzəli rəqibi “Mançester Siti” (1:1, penaltilərlə 6:7) və “Fulhem” (1:1, penaltilərlə 3:4) “qırmızı şeytanlar”ı mübarizədən kənarlaşdırıb.

Əlavə edək ki, Mançester nəhəngi mütləq antikeorda imza atmaq “imkanını” da saxlayır. Belə ki, İngiltərə Premyer Liqasının cari mövsümünün sonuncu, 38-ci turunda evdə “Aston Villa”ya məğlub olsalar, “qırmızı şeytanlar” klubun mütləq antirekordunu müəyyənləşdirəcəklər.

Seçilən
0
21
arena.az

10Mənbələr