AZ

Mareska: “Mançester Yunayted”i belə aqressiv görməmişdim”

“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının “Mançester Yunayted”lə 37-ci tur ev oyununu (1:0) şərh edib.

Arena.az BBC-yə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu, inamlı oyun idi. Biz “Mançester Yunayted”lə çətinliklər yaşayacağımızı gözləyirdik. Onlar çox yaxşı oynayırdılar. Mən, bizə qarşı oyunlarda “Mançester Yunayted”in bunca aqressiv olduğunu hələ görməmişdim – çox çətin idi. Biz topsuz çox gözəl oyun keçirdik. Rəqib komanda sona qədər çox aqressiv idi, biz yüksək təpki göstərməyə çalışırdıq, düşünürəm ki, biz qələbəyə layiq idik”, deyə Mareska vurğulayıb.

37 oyundan 66 xalla “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində şərti olaraq qərarlaşıb. “Zadəganlar” növbəti mövsümün Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparırlar “Mançester Yunayted” isə 39 xalla 16-cı pillədədir.

Premyer Liqaya çempionluğu erkən surətdə təmin etmiş “Liverpul” 36 oyundan 83 xalla başçılıq edir.

Seçilən
0
21
arena.az

10Mənbələr