Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 37-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Kristal Pelas” – “Vulverhempton” oyununda meydan sahibləri inamlı qələbəyə seviniblər.
“Mançester Siti” isə “Bornmut”la ev oyununda 3 xalı 3 qolla əldə edib.
Beləliklə, Premyer Liqanın cari mövsümünün sonuna bir tur qalmış çempion “Liverpul” 83 xalla vahid liderdir. “Arsenal” 71 xalla ikinci, “Mançester Siti” 68 xalla ikinci pillədə qərarlaşıb. “Nyukasl”, “Çelsi” və “Aston Villa” 66, “Nottingem Forest” 65, “Brayton” 58, “Brentford” 55, “Fulhem” 54 xal toplayıb.
İngiltərə, Premyer Liqa
37-ci tur
16 may
Aston Villa – Tottenhem 2:0
Qollar: E.Konsa, 59. B.Kamara, 73.
Çelsi – Mançester Yunayted 1:0
Qol: M.Kukurelya, 81.
18 may
Everton – Sauthempton 2:0
Qollar: Ndiaye, 6; 45+2.
Vest Hem – Nottingem Forest 1:2
Qollar: Bouen, 86 – Gibbs-Uayt, 11. Milenkoviç, 61.
Brentford – Fulhem 2:3
Qollar: Mbeumo, 22. Vissa, 43 – R.Ximenes, 16. Kerni, 68. H.Uilson, 70.
Lester Siti – İpsviç Taun 2:0
Qollar: Vardi, 28. Makate, 69.
Arsenal – Nyukasl 1:0
Qol: D.Rays, 55.
19 may
Brayton – Liverpul 3:2
Qollar: Y.Ayari, 32. Mitoma, 69. Hinselvud, 85 – Elliot, 9. Soboslai, 45+1.
20 may
Kristal Pelas – Vulverhempton 4:2
Qollar: Nketia, 27; 32. Çiluell, 50. Eze, 86 – Aqbadu, 24. Larsen, 62.
Mançester Siti – Bornmut 3:1
Qollar: Marmuş, 14. B.Silva, 38. Niko, 89 – Jebbison, 90+6.