"Mançester Siti" "Bayer"in yarımmüdafiəçisi Florian Virtsin transferindən imtina edib.
90deqiqe.Az xəbər verir ki, alman futbolçunun transferi bütün bonuslarla birlikdə təxminən 300 milyon avroya başa gələ bilərdi. Bu, "şəhərlilər"in tarixində ən böyük transfer ola bilərdi. Lakin İngiltərə klubu bu məbləğin maliyyə baxımından sərfəli olmadığı qənaətinə gəlib.
Bildirilir ki, "Mançester Siti" daha əvvəl də yüksək məbləğli transferlərdən imtina edib. Fred, Jorjinyo, Frenki de Yonq və Harri Keyn də bu siyahıya daxildir.
Florian Virtsin transferindən imtina qərarı, həm də baş məşqçi Xosep Qvardiolanın komandanın gənc yarımmüdafiəçisi Filip Fodenə göstərdiyi etimadla əlaqələndirilir. Klub rəhbərliyi onun əsas heyətdə liderlik rolunu uğurla davam etdirəcəyinə inanır.
Alternativ variant kimi isə "Mançester Siti"nin "Nottingem Forest" klubunda çıxış edən Morqan Gibbs-Uaytla maraqlandığı qeyd olunur.