Hindistanın müdafiə naziri Racnat Sinq Pakistana qarşı başladılan “Sindoor” əməliyyatı ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti yazıb.
O, sözügedən hərbi əməliyyatların hələ yekunlaşmadığını bəyan edib: "Sindoor əməliyyatı hələ bitməyib. Bu, sadəcə anons idi".
Sinq həmçinin qeyd edib ki, Pakistanın fəaliyyəti yaxından izlənilir.