Hindistanın baş naziri Narendra Modi Pəncab əyalətinin şimal-qərbindəki Adampur aviabazasına baş çəkib. O, burada Rusiyadan aldığı S-400 “Triumf” hava hücumundan müdafiə (HHM) raket sistemi ilə şəkil çəkdirib.
Herbiand.az bildirir ki, bu barədə “The Times of India” xəbər verib.
Məlumata görə, hökumət başçısı bununla da Pakistanın Adampurdakı S-400 qurğusunun məhv edilməsi ilə bağlı iddialarını və bu iddiaları təsdiqləmək üçün yaydığı saxta fotoları təkzib edib. Nəşr qeyd edir ki, Adampur aviabazası “Sindur” əməliyyatı zamanı Hindistan Silahlı Qüvvələri tərəfindən fəal şəkildə istifadə edilib və pakistanlı qırıcıların raket hücumları üçün əsas hədəf olub.
Bəxtiyar CƏFƏRLİ