BAKI, 15 may. TELEQRAF
Hindistanın Pakistan ərazisinə silahlı hücumundan sonra atəşkəs elan olunsa da, rəsmi Dehli öz açıqlamaları ilə prosesi baş məcraya yönəltməyə çalışır. Belə ki, Hindistanın müdafiə naziri Racnat Sinq Pakistanla bağlı açıqlaması da bu qəbildəndir.
Teleqraf “Əl-Cəzirə” yə istinadən xəbər verir ki, Hindistanlı nazirə cavab olaraq, Pakistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Sinq “Pakistanın effektiv müdafiəsi və qarşısının alınması ilə bağlı dərin etibarsızlığını və məyusluğunu” ortaya qoyub:
“Hindistanın müdafiə nazirinin şərhi, onun MAQATE kimi BMT-nin ixtisaslaşmış qurumunun mandatı və öhdəlikləri barədə tam məlumatsızlığını göstərir”.
“Əgər hansısa təhlükə varsa, o da Hindistanla bağlıdır. Çünki MAQATE və beynəlxalq ictimaiyyət Hindistanda nüvə və radioaktiv materialların təkrar oğurlanması və qeyri-qanuni ticarəti ilə problemdən narahat olmalıdır”, - deyə bəyanatda əlavə edilib.