“Fənərbaxça” yeni mövsüm üçün yeni heyət qurur. Metbuat.az xəbər verir ki, hücum xəttini yeniləmək istəyən klub, Edin Dzeko və Youssef En-Nesyri ilə yollarını ayırmağı planlaşdırır. Mövsümün əvvəlində klub tarixinin ən yüksək transfer məbləği hesab edilən 20 milyon avro ilə heyətə cəlb edilən Yusuf En-Nesyri heyətdən göndərilə bilər. İddialara görə, “Fənərbaxça” iki hücumçunun yerinə Jonathan David və Tammy Abrahamı transfer etmək istəyir. “Fənərbaxça” “Lill” klubu ilə müqavilə yenilənməyən David ilə danışıqlar aparıb. David "İnter" və "Borussiya Dortmund"dan istədiyi təklifləri almayıb. “Fənərbaxça” isə futbolçunun tələb etdiyi 9 milyon avro maaşı ödəməyi öhdəsinə götürüb. Məşqçi Joze Mourinyo mövsümün əvvəlində "Roma"dan "Milan"a icarəyə verilən Abrahamla danışıqlar aparıb. Futbolçu Mourinyo ilə birgə işləməyə razılıq verib.